Tanınmış jurnalist Babək Göyüşə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, jurnalistin anası Zeynəb Göyüşova dünyasını dəyişib.
Mərhumun 3-7 mərasimi aprelin 21-də Sumqayıt şəhərində “Qayalı” mərasim evində keçiriləcək.
Qeyd edək ki, Babək Göyüş 40 ilə yaxındır jurnalistika fəaliyyəti ilə məşğuldur.
O, hazırda Bizim.Media informasiya portalında redaktor vəzifəsində çalışır.
Həmkarımıza Bizim.Media-nın kollektivi adından anasının vəfatı ilə bağlı başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.
Bizim.Media