Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski “Barselona”ya keçməyə yaxındır.
Bizim.Media “TVP Sport”a istinadən xəbər verir ki, hücumçu İspaniya klubu ilə 3 illik müqavilə barədə razılıq əldə edib.
33 yaşlı hücumçu Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb.
Münhen təmsilçisi anlaşması 2023-cü ildə başa çatacaq oyunçunu satmalı olacaq.
Almaniyalılar onun keçidi üçün 65 milyon avro tələb edir.
Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 29 oyunda 32 qol vurub.
Bizim.Media