BMT baş katibi: ''Yeni il vədimiz olmalıdır''

BMT-nin baş katibi Antonio Quterreş Yeni il müraciəti edib.

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir:

“Əziz dostlar,

2020-ci il sınaqlar, faciələr və göz yaşları ili kimi yadda qaldı.

COVID-19 pandemiyası həyatımızı alt-üst edərək, dünyanı əzab və kədərə məhkum etdi. Bu müddət ərzində nə qədər yaxınımızı itirdik. Bununla belə pandemiya növbəti xəstəlik və ölüm dalğası yaradaraq, daha da geniş vüsət almağa davam edir.

Dünyada yoxsulluq, bərabərsizlik və aclıq artmaqdadır.

İş yerləri bağlanır, borclar artır. Uşaqlar da əziyyət çəkir.

Evlərdə zorakılıq artır. Təhlükə artıq hər yerdə mövcuddur.

Lakin qarşıdan yeni il gəlir və onun gəlişi ilə biz ümid işığını görürük:

İnsanlar qonşuları və onlara yad olan insanlara yardım əlini uzadır;

Xəstəliklə mübarizənin ön cəbhəsində çalışanlar özlərini bu işə fəda edir;

Alimlər çox qısa müddətdə peyvəndləri hazırlayırlar;

Dövlətlər iqlim fəlakətinin qarşısını almaq üçün yeni öhdəliklər götürürlər.

Biz birlik və həmrəylik mühitində çalışsaq, bu ümid işartıları bütün dünyanı işıqlandıra bilər. 

Bu çətin ildən çıxarmalı olduğumuz dərs məhz budur.

Həm iqlim dəyişikliyi, həm də COVID-19 pandemiyası elə bir böhrandır ki, onu yalnız hər kəs birlikdə mübarizə apararsa aradan qaldırmaq mümkündür. 

Bu isə özlüyündə inklüziv və davamlı gələcəyə keçidin bir hissəsini təmin etmiş olacaq.

2021-ci il üçün BMT-nin başlıca hədəfi 2050-ci ilə qədər karbon neytrallığı və ya sıfır emissiya səviyyəsinə nail olmaq üçün qlobal ittifaq qurmaqdır.

Hər bir hökumət, şəhər, biznes və fərd bu məqsədə öz töhfəsini verə bilər.

Gəlin birlikdə öz aramızda və təbiətlə barışaq, iqlim böhranını həll edək, COVID-19 virusunun yayılmasının qarşısını alaq və 2021-ci ili şəfa, sağalma ili elan edək.

Ölümcül virusun təsirini, çökmüş iqtisadiyyat və cəmiyyətləri, bölücülük meyllərini, eləcə də planetimizi sağaltmaq ili.

Bu, 2021-ci il üçün bizim Yeni il vədimiz olmalıdır.

Mən BMT adından hamınıza xoş və dinc yeni il arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanın Bakıdakı film çəkilişlərindən görüntülər -Video

Ceki Çanın Bakıdakı film çəkilişlərindən görüntülər -Video

Azərbaycanın Malayziyadakı səfiri geri ÇAĞIRILDI – YENİ TƏYİNAT

Azərbaycanın Malayziyadakı səfiri geri ÇAĞIRILDI – YENİ TƏYİNAT

Nemət Nağdəliyev Estoniyaya yeni səfir TƏYİN EDİLDİ

Nemət Nağdəliyev Estoniyaya yeni səfir TƏYİN EDİLDİ

Azərbaycanın Pakistandakı səfiri dəyişdi – SƏRƏNCAM

Azərbaycanın Pakistandakı səfiri dəyişdi – SƏRƏNCAM

Anar Məhərrəmov səfir vəzifəsindən geri ÇAĞIRILDI

Anar Məhərrəmov səfir vəzifəsindən geri ÇAĞIRILDI

Jurnalist vəsiqəsi ilə bağlı ödəniş LƏĞV EDİLDİ

Jurnalist vəsiqəsi ilə bağlı ödəniş LƏĞV EDİLDİ

Ceyhun Bayramovun Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın balanslaşdırılmış siyasətinin göstəricisidir - RƏY

Ceyhun Bayramovun Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın balanslaşdırılmış siyasətinin göstəricisidir - RƏY

Media və Yayım Şurası YARADILDI

Media və Yayım Şurası YARADILDI

Vaşinqton razılaşmasının bir ili: Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən TARİXİ DÖNÜŞ

Vaşinqton razılaşmasının bir ili: Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən TARİXİ DÖNÜŞ

Yayın şanslı bürcləri - Pul başından aşacaq

Yayın şanslı bürcləri - Pul başından aşacaq

Doktoranturaya qəbul olmaq istəyənlər niyə bahalı beynəlxalq sertifikatları seçirlər? – Səbəbi AÇIQLANDI

Doktoranturaya qəbul olmaq istəyənlər niyə bahalı beynəlxalq sertifikatları seçirlər? – Səbəbi AÇIQLANDI

Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - FOTO

Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - ANBAAN VİDEO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - ANBAAN VİDEO

Gündə nə qədər qarpız yemək olar?

Gündə nə qədər qarpız yemək olar?

ARDNF Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib

ARDNF Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib

Bakının mərkəzində obyekt yanır: Sakinlər təxliyə edildi – YENİLƏNİB/VİDEO

Bakının mərkəzində obyekt yanır: Sakinlər təxliyə edildi – YENİLƏNİB/VİDEO

Ötən gün Azərbaycanda xeyli silah-sursat AŞKARLANIB

Ötən gün Azərbaycanda xeyli silah-sursat AŞKARLANIB

Gülnar Hacalıyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ

Gülnar Hacalıyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ

Gəncədə 24 yaşlı oğlanın meyiti TAPILDI

Gəncədə 24 yaşlı oğlanın meyiti TAPILDI

65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

65 yaşdan yuxarı 808 nəfərdə ilkin xəstəlik aşkarlanıb

Zərdabda qəsdən yanğın törədən şəxs SAXLANILDI

Zərdabda qəsdən yanğın törədən şəxs SAXLANILDI

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Telefonunu belə şarj edənlərin nəzərinə

Telefonunu belə şarj edənlərin nəzərinə

Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var

Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var

End of content

No more pages to load

RADİO