Ceyhun Bayramovun Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın balanslaşdırılmış siyasətinin göstəricisidir - RƏY

Xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfərinin ardınca Kiyevə reallaşdırdığı rəsmi səfər Bakının müstəqil, çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun növbəti əyani təzahürü kimi qiymətləndirilməlidir.

Bizim.Media xəbər verir ki, bu fikri "Report.az"a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov deyib.
 

Deputat qeyd edib ki, dünyada və xüsusilə postsovet məkanında mürəkkəb geostrateji kataklizmlərin, dərin siyasi və hərbi böhranların yaşandığı bir dövrdə Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə açıq, etibarlı və işgüzar dialoq kanallarını saxlaması dövlətimizin yüksək diplomatik çevikliyini və müstəqil iradəsini göstərir:


"Bu səfər Azərbaycanın beynəlxalq hüququn fundamentallığına, xüsusilə də dövlətlərin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə dəyişməz sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin regionda sülhün, sabitliyin və humanitar dəyərlərin fəal müdafiəçisi kimi mövqeyini daha da möhkəmləndirir".

Kamran Bayramovun fikrincə, səfərin ən mühüm və strateji məqamlarından biri Ceyhun Bayramovun Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilməsi oldu:

"Şübhəsiz ki, müharibə şəraitində olan bir dövlətin rəhbəri ilə belə bir görüşün keçirilməsi ikitərəfli əlaqələrə verilən yüksək dəyərin və siyasi dialoqun ən ali səviyyədə davam etdirilməsinə olan qarşılıqlı marağın göstəricisidir. Prezident Volodimir Zelenski ilə aparılan danışıqlar Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq ruhuna uyğun şəkildə inkişaf etdiyini bir daha təsdiqlədi.

Bu görüş zamanı Ukrayna tərəfinin Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyə, xüsusən də müharibənin ilk günlərindən etibarən göstərilən fasiləsiz humanitar dəstəyə görə dərin minnətdarlığını ifadə etməsi Bakının beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da gücləndirdi. Eyni zamanda, bu qəbul Azərbaycanın beynəlxalq böhranların həllində sülhməramlı, konstruktiv və balanslaşdırıcı vasitəçi rolunu oynamaq potensialına malik olduğunu bir daha göstərdi".

Deputat onu da vurğulayıb ki, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və verilən bəyanatlar həm ikitərəfli münasibətlərin gələcəyi, həm də regional təhlükəsizlik baxımından bir sıra kritik mesajları özündə ehtiva etdi:

"Ceyhun Bayramovun vurğuladığı əsas məqamlardan biri Azərbaycanın ilk gündən bəri Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi prinsipial və dəyişməz dəstək oldu. Bununla yanaşı, Bakının münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində diplomatik yolla, sülh danışıqları vasitəsilə həllinin tərəfdarı olduğu mesajı yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
 

Danışıqlarda Azərbaycan tərəfinin Ukraynaya göstərdiyi humanitar köməyin miqyası, dağıdılmış mülki və energetika infrastrukturunun bərpasına verə biləcəyi töhfələr, uşaqların reabilitasiyası proqramları, xüsusən də azad edilmiş ərazilərdə qazanılmış zəngin minatəmizləmə təcrübəsinin paylaşılması və bu istiqamətdə humanitar yardımın davam etdirilməsi kimi praktiki məsələlər ön plana çıxdı".


K.Bayramov əlavə edib ki, ​Azərbaycanın beynəlxalq siyasəti baxımından bu səfərin doğurduğu önəmli nəticə dövlətin regional güc mərkəzləri və ziddiyyətli tərəflərlə münasibətlərində öz milli maraqlarından və prinsipiallığından geri çəkilmədiyidir:

"Bakı hər bir tərəfdaşla bərabərhüquqlu, qarşılıqlı hörmətə və suverenliyə əsaslanan sağlam əlaqələr qurmağa qadir olduğunu praktiki olaraq sübut edir. Kiyevdə keçirilən görüşlər də ikitərəfli iqtisadi, enerji, ticarət və humanitar sahələrdə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçməsinə zəmin yaratmaqla yanaşı, Azərbaycanın postmünaqişə və qlobal qeyri-müəyyənlik dövründə təkcə Cənubi Qafqazda deyil, daha geniş Avrasiya coğrafiyasında etibarlı, məsuliyyətli, müstəqil xarici siyasət yürüdən strateji aktor kimi qəbul edildiyini bir daha bütün dünyaya nümayiş etdirdi".

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO