Doktoranturaya qəbul olmaq istəyənlər niyə bahalı beynəlxalq sertifikatları seçirlər? – Səbəbi AÇIQLANDI

Azərbaycanda doktoranturaya qəbul olmaq istəyən namizədlərin qarşısında xarici dil tələbi ilə bağlı iki seçim var: Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi xarici dil imtahanında iştirak etmək və ya IELTS, TOEFL kimi beynəlxalq dil sertifikatları təqdim edərək bu imtahandan azad olunmaq. Minimum B2 səviyyəsinə uyğun beynəlxalq sertifikatı olan şəxslər DİM-in xarici dil imtahanını vermədən növbəti qəbul mərhələsinə keçə bilirlər.

Lakin bu iki seçim arasında ciddi qiymət fərqi var. DİM-in doktoranturaya qəbul üçün keçirdiyi xarici dil imtahanında iştirak haqqı 110 manatdır. IELTS imtahanının qiyməti isə Azərbaycanda 575 manat, TOEFL iBT imtahanı isə təqribən 442 manatdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA


Belə olan halda bəzi namizədlər yalnız doktoranturaya qəbul üçün tələb olunan daha sərfəli DİM imtahanı əvəzinə niyə yüksək ödənişli beynəlxal sertifikatlara üstünlük verirlər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, burada əsas səbəblərdən biri beynəlxalq xarici dil sertifikatlarının çoxməqsədli olmasıdır:

“IELTS və ya TOEFL yalnız doktoranturaya qəbul üçün deyil, sonradan xaricdə postdoktorantura proqramlarına, qrantlara, yay məktəblərinə, beynəlxalq konfranslara müraciət zamanı da istifadə oluna bilər. Bu baxımdan, namizədlər gələcək planlarını açıq saxlamağa çalışırlar. Digər səbəb isə daha yüksək dil səviyyəsini nümayiş etdirmək istəyidir. DİM-in imtahanında 6 bal minimum tələbin ödənildiyini göstərir. IELTS üzrə 7 bal və daha yuxarı nəticə isə beynəlxalq standartlara əsasən yüksək səviyyədə ingilis dili biliyini təsdiqləyir. Bu, istənilən halda namizədin üstünlüyüdür”.

R.Fikrətoğlunun sözlərinə görə, sertifikatların tanınması baxımından da fərq var. Belə ki, DİM-in imtahan nəticəsi yalnız Azərbaycanda keçərlidir. IELTS və TOEFL isə dünyanın minlərlə universiteti və təşkilatı tərəfindən tanınır. Buna görə də namizəd sonradan xaricdə təhsil almaq qərarı verərsə, yenidən dil imtahanı verməsinə ehtiyac qalmır.

Məqsəd təkcə doktoranturaya qəbul olmaq deyil

“Bəzi insanlar üçün məqsəd təkcə doktoranturaya qəbul olmaq deyil, akademik ingilis dilini inkişaf etdirməkdir. IELTS-ə hazırlıq prosesi oxu, yazı, dinləmə və danışıq bacarıqlarının beynəlxalq meyarlar əsasında inkişafına kömək edir.

Seçim bəzən imtahan formatı ilə də bağlı olur. Kimisi akademik esse yazmaq və şifahi müsahibə formatında özünü sınamaq istəyir, kimisi isə DİM-in test formatına üstünlük verir. Yəni seçim fərdi üstünlüklərdən asılıdır”, – ekspert qeyd edir.

DİM-in xarici dil imtahanında qiymətləndirmə necə aparılır?

Qeyd edək ki, doktoranturaya qəbul üçün xarici dil imtahanı 50 bal üzərindən qiymətləndirilir. İmtahan test, yazı və danışıq olmaqla üç hissədən ibarətdir. Test mərhələsində namizədlərə 30 tapşırıq təqdim olunur və hər düzgün cavab 1 balla qiymətləndirilir. Yazı və danışıq bölmələrinin hər biri isə maksimum 10 bal təşkil edir. Namizədin doktoranturaya qəbul prosesini davam etdirə bilməsi üçün ümumilikdə ən azı 25 bal toplaması tələb olunur. Bununla yanaşı, imtahanın hər bir bacarıq istiqaməti üzrə minimum 2 bal toplamaq da şərtdir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

Emili Ratakovski pərəstişkarlarını heyran etdi – FOTO

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

80 yaşlı Silvester Stallone: "Əsl məhəbbəti yalnız 70 yaşımda anladım"

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTO

Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTO

İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

İş elanlarında əməkhaqqı göstərilmirsə... – Hansı cəzası var?

Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir

Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir

Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

Rusiyada yaşayan soydaşlarımızla bağlı FƏRMAN - Pul köçürmələri MƏHDUDLAŞDIRILIR

Rusiyada yaşayan soydaşlarımızla bağlı FƏRMAN - Pul köçürmələri MƏHDUDLAŞDIRILIR

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Lavrov mandatından imtina etdi

Lavrov mandatından imtina etdi

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı FOTOLAR

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı FOTOLAR

End of content

No more pages to load

RADİO