Çempionlar Liqasının 1/8 final mərhələsində bu həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Vilyarreal"ın qapıçısı Xeronimo Rulyi layiq görülüb.
Argentinalı qolkiper səsvermədə "Benfika"dan Darvin Nunyesi, "Atletiko"dan (Madrid) Kokeni və "Çelsi"dən Kristian Pulişiçi qabaqlayıb.
Qeyd edək ki, "Vilyarreal" İtaliyada "Yuventus"a 3:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.
Bizim.Media