Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir. Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.
Bizim.Media