Fevralın 24-dən bu günədək Ukraynadan 1,8 milyon insan Polşa sərhədini keçərək bu ölkəyə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, ötən sutka ərzində Ukraynadan Polşaya gələnlərin sayı 71,6 min nəfər olub.
Qeyd edək ki, Ukraynadan gələn insanlar və ukraynalı qadınların Polşada doğulan uşaqları bu ölkədə 18 ay müddətində vizasız qala biləcəklər.
Bizim.Media