Bu gündən başlayaraq Rusiya qoşunları əsas səylərini Krivoy Roq istiqamətində irəliləməyə və Nikolayev şəhərini ələ keçirməyə cəmləyib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Mənbə yazır ki, həmçinin Mariupolun tutulması cəhdləri də davam edir.
Ukrayna sahillərində yerləşən Rusiya hərbi-dəniz qrupu Qara dənizdən Ukrayna ərazisinə zərbə endirmək üçün tam gücdə döyüş hazırlığına gətirilib.
Həmçinin bildirilir ki, Rusiya qoşunları humanitar yük və hərbi yardım daşıyan nəqliyyat karvanlarının hərəkət marşrutlarında təxribat həyata keçirmək üçün fəaliyyətlərini gücləndirəcək.
Bizim.Media