Moskva və Kiyev danışıqlarda nəticələr əldə etmək üçün xeyli irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının deputatı, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski məlumat verib.
O bildirib ki, tərəflər əhəmiyyətli irəliləyişə nail olublar.
”Mənim fikrimcə, bu irəliləyiş ən yaxın günlərdə hər iki nümayəndə heyətinin ümumi mövqeyi və sənədlərin imzalanması ilə nəticələnəcək”, - deyə rusiyalı deputat vurğulayıb.
Bizim.Media