Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “New York Times”ın müxbirini öldürüb, daha bir jurnalisti isə yaralayıblar.
Bizim.Media “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebitov “Facebook” səhifəsində yayıb.
“Bu gün İrpində dünyaca məşhur “The New York Times” mediasının 51 yaşlı müxbiri güllələnib. Daha bir jurnalist yaralanıb. Hazırda onun cəsədini döyüş bölgəsindən çıxarmağa çalışırlar”, - deyə Nebitov yazıb.
O, Brent Renaudun jurnalist vəsiqəsini və ABŞ vətəndaşı olduğunu göstərən pasportunu yayımlayıb.
Bizim.Media