Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
Bizim.Media xəbər verir ki, media üçün qapalı keçirilən görüş İstanbulda baş tutub.
Bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, o cümlədən geosiyasi proseslər və Rusiya-Ukrayna böhranı müzakirə olunub.
Bizim.Media