İtaliyada ukraynalı qaçqınları müvəqqəti sığınacaqlara aparan avtobus qəzaya uğrayıb.
Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, avtobusda 20-dən çox Ukrayna vətəndaşı olub.
İtaliyanın “Il Messaggero” qəzetinin yazdığına görə, qəza nəticəsində bir qadın ölüb, beş nəfər yaralanıb. Qəza martın 13-də səhər saatlarında Forli-Çesena əyalətində baş verib. Avtobus Peskaraya gedirmiş.
Hadisə yerində xilasetmə işləri aparılır.
Bizim.Media