“Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.
“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar şəhərdə hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?!”, - deyə V.Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.
Bizim.Media