ABŞ-da inflyasiya 40 illik maksimum həddə çatdı

Birləşmiş Ştatlarda illik inflyasiya göstəricisi son 40 ildə görünməmiş həddə çatıb. Bunun bir sıra səbəbləri var.

Bizim.Media ABŞ Əmək Nazirliyinin martın 10-da dərc edilmiş hesabatına istinadla xəbər verir ki, istehlak qiymətlərinin aylıq indeksi son 12 ayda inflyasiyanın 7,9 faiz artmasını təsdiq edir.

Bu, 1982-ci ildən bəri 12 ay ərzində ən kəskin artımdır. Nazirliyin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında inflyasiya 0,8 faiz artıb. Ərzaq məhsullarının və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmasa, inflyasiya son 12 ayda 6,4 faiz artıb. 2021-ci ilin fevral ayından bəri enerji istehlakı indeksi 25,6 faiz, bu ilin yanvar ayı ilə müqayisədə 3,5 faiz artıb.

Analitiklər gələn ay enerji indeksinin yenidən artacağını gözləyirlər, çünki sonuncu hesabatda Ukrayna müharibəsi və bu münaqişənin benzinin qiymətinə təsiri nəzərə alınmayıb.

Amerika Avtomobil Assosiasiyasının martın 10-da yayılmış bəyanatında bildirilir ki, Birləşmiş Ştatlarda benzinin qiymətinin orta milli göstəricisi 1qallon üçün 4,32 dollara bərabərdir. Bu o deməkdir ki, son bir neçə gündə həmin göstərici xeyli artıb və qiymətlərin qeydiyyata alındığı tarix ərzində ən yüksək orta göstəricidir.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, mənzillərin bahalaşması da bu göstəricinin artmasına şərait yaradıb. İnflyasiya amerikalılar arasında ciddi narahatlıq doğurur və 2022-ci ildə nəzərdə tutulan aralıq seçkilərdə demokratların zərərinə mühüm rol oynaya bilər.
Prezident Bayden cümə axşamı bildirib ki, onun administrasiyası inflyasiyanın artmasına qarşı mübarizə metodları üzərində işi davam etdirir. O qeyd edib ki, belə metodlardan biri bu ayın əvvəlində strateji ehtiyatlar hesabına onlarca milyon barel neftin satılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO