Azərbaycan güləşçisi Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

Bizim.Media-nın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib.

Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşıb. Rəqibinə 0:3 hesabıyla uduzan Babaşov Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb.

Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparıb.

Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də türk Muhutdin Sarıçiçeklə təsəlliverici görüşə çıxıb və qarşılaşmadan qalib ayrılıb - 7:5. Həlledici görüşdə erməni Gevorq Tadevosyanla üz-üzə gələn Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı da öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib.

Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

Çexiya və Slovakiyada zəlzələ oldu

Çexiya və Slovakiyada zəlzələ oldu

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

End of content

No more pages to load

RADİO