"Güclü Ermənistan" hərəkatının lideri Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay artırılıb.
Bizim.Media bu barədə “news.am”a istinadla xəbər verir.
Qeyd edək ki, dövlət ittihamçısı (prokuror) ev dustaqlığı müddətinin 3 ay uzadılmasını tələb etmişdi.
Müxalif “Güclü Ermənistan” partiyasının lideri olan iş adamı Samvel Karapetyan “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış” maddəsi ilə açılan cinayət işi çərçivəsində ev dustaqlığında saxlanılır.
Bizim.Media