Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən S.Babazadə özünü təqsirli bildiyini və hadisə baş verən gün yas mərasimində olduqlarını deyib:

"Mən taksi sürücüsüyəm. Amma vaxtım olanda fala baxan atama kiçik işlərində yardım edirəm. Həmin gün martın 27-si idi, Elşadla birlikdə qohumumuzun yas mərasimində idik. Allah şeytana lənət eləsin, gözləmədiyimiz halda gülmək tutdu, ardınca bir zarafat oldu. Elşad hamının yanında mənə acıqlandı. Camaatın içində olan bu irad mənə xoş gəlmədi. Amma söhbəti uzatmadım, evə qayıtdıq.

Mətbəxdə oturmuşdum, telefonda Elşadla danışdıq. Ona camaatın içində uşaq kimi danlanmağımın mənə xoş gəlmədiyini dedim, mübahisə etməyə başladıq. Onunla danışa-danışa, əsəbi halda stolun üstündə olan bıçağı cibimə qoydum. Elşad dedi ki, məhəlləyə gəlir.

Mən çıxıb çöldə onu gözləməyə başladım. O gələn kimi tutaşmağa başladıq, qarşılıqlı bir-birimizə zərbələr endirdik. Birdən ayağımda istilik hiss elədim, əyilib baxanda ayağımı qan apardığını gördüm. Elşad bıçaqla necə vurmuşdusa, hiss eləməmişdim. Bunu görüb onu qorxutmaq üçün bıçağı çıxartdım. Süpürləşəndə necə oldu bilmirəm, onu qolundan yaraladım".

Zərərçəkmiş Elşad Bayramov Səid Babazadənin onun xalası oğlu olduğunu bildirib:

"Biz mübahisədən sonra dalaşmağa başlayanda Səid iki dəfə bıçaqla məni vurdu. Həmin an isti-isti heç nə hiss etməmişdim. Aralaşıb evə gedəndə sinəmin yandığını hiss elədim. Bıçaq yarasını o zaman gördüm. Səid mənim xalam oğludur, doğmamdır. Kimsə qəlbimə dəysə, ömürlük bağışlamaram, amma qanım ona halaldır. Biz barışmışıq, ondan şikayətim yoxdur".

Növbəti proses sentyabrın 18-də saat 10:40-a təyin edilib.
 

Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. Səid Babazadə yaxın qohumu Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı onun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.


Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO