Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Əlverişsiz hava şəraiti yol hərəkətinə birbaşa maneə yaradan əsas amillərdən biridir. Yağış, qar, buzlanma, güclü külək kimi meteoroloji hadisələr zamanı xüsusilə ikitəkərli nəqliyyat vasitələrinin (moped və motosikletlərin) hərəkəti qəza riskini əhəmiyyətli dərəcədə artırır. Onsuz da təhlükə saçan bu nəqliyyat vasitələri belə hava şəraitində həm özləri idarəetmədə çətinlik yaşayırlar, həm də digər avtomobil sürücülərini çaşdırırlar.

Əlverişsiz hava şəraitində bu cür risklərin qarşısının alınması məqsədilə moped və motosikletlərin hərəkətinə müvəqqəti məhdudiyyətlər və ya qadağalar tətbiq olunması mümkündürmü?  
 

MÖVZU İLƏ BAĞLI:

Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU


Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-nın sorğusuna bu təcrübənin Azərbaycanda tətbiqinin mümkünlüyünü məqbul hesab etmədi:

“Düşünmürəm Azərbaycanda ikitəkərli nəqliyyat vasitələrinə belə havalarda qadağa qoyulsun. Buna heç ehtiyac da yoxdur. Təhlükəsizlik baxımından götürsək, onda gərək sakinlərə də qadağa qoyulsun ki, küləkli havada çölə çıxmasınlar. Bunu sürücü özü müəyyənləşdirməlidir ki, belə havada nəqliyyat idarə eləsin ya yox”, - deyə məsələyə infantil yanaşma sərgiləyən ekspertə xatırlatmaq yerinə düşər ki, əslində Azərbaycan qanunvericiliyində bunun üçün hüquqi baza var:

“Avtomobil yolları haqqında” Qanunun 29-cu maddəsində avtomobil yollarında hərəkətin meteoroloji şərait, yolun texniki dərəcəsi, nəqliyyat vasitəsinin tipi və digər amillər nəzərə alınmaqla tənzimlənməsi nəzərdə tutulur. Həmçinin qanunda avtomobil yollarında yol hərəkətinin müəyyən hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə biləcəyi birbaşa göstərilir.
 

Yəni hüquqi sistemimizdə “hava/yol şəraiti təhlükəlidirsə, hərəkət məhdudlaşdırıla bilər” yanaşması var, sadəcə “motosikletlərə, mopedlərə xüsusi qadağa” səviyyəsində deyil.


Niyə məhz iki təkərlilərə ayrıca qadağa?

Burada kifayət qədər güclü arqument var. Motosiklet və moped yağış, buzlanma, güclü külək kimi hava şəraitində avtomobillərlə müqayisədə daha həssas nəqliyyat vasitələridir. Yol örtüyünün sürüşkən olması iki, nazik təkərdə idarəetməyə daha ciddi təsir edir, güclü külək motosikletin trayektoriyasını dəyişə, digər avtomobillərə maneə yarada bilər. Qar və buzlanmada isə ümumiyyətlə aşma riski yüksəkdir.

Ona görə də bəzi ölkələrdə, konkret olaraq Rusiyada, xüsusilə də kuryerlərin qarlı, küləkli havalarda şosselərə çıxmasının qadağan edilməsi hazırda müzakirədədir. Buna səbəb isə sifarişin ünvana vaxtında çatdırılması üçün bu nəqliyyat növlərindən istifadə edən kuryerlərin tələskənliyi göstərilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

End of content

No more pages to load

RADİO