Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Azərbaycanda yeni tikilən yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimum sayı müəyyənləşdirilib. Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası"nı təsdiq edib.

Məqsəd yeni tikilən yaşayış komplekslərində, ticarət və xidmət obyektlərində, təhsil və səhiyyə müəssisələrində parklanma probleminin qarşısını almaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL


Çoxmənzilli binalarda hər mənzilə ən azı bir parkinq yeri

Yeni qaydalara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün minimum bir avtomobil yeri ayrılmalıdır. Əgər mənzilin sahəsi 180 kvadratmetrdən böyükdürsə, həmin mənzil üçün 1,3 avtomobil yeri nəzərdə tutulmalıdır. Fərdi yaşayış evləri üçün isə minimum bir parklanma yeri tələb olunur.

Ofislər və banklar üçün sərt tələblər

Qərara əsasən, ofis binaları, hüquq şirkətləri, sığorta təşkilatları və banklar üçün hər 50 kvadratmetr ümumi sahəyə görə ən azı bir avtomobil yeri ayrılması məcburidir. Dövlət qurumlarında bu norma hər 75 kvadratmetr, bələdiyyə binalarında isə hər 100 kvadratmetr üçün bir avtomobil yeri təşkil edir.

Ticarət və iaşə obyektləri üçün ayrıca normalar müəyyənləşdirilib

Böyük mağazalar üçün 200 kvadratmetrdən artıq olan hər 50 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Topdansatış bazarları və bazarlarda isə tələb daha yüksəkdir. Belə obyektlərdə hər 100 kvadratmetr sahəyə üç avtomobil yeri nəzərdə tutulmalıdır. Restoranlarda hər 50 kvadratmetr, kafelərdə hər 75 kvadratmetr sahəyə görə bir parkinq yeri ayrılması tələb olunur. Ən yüksək normativlərdən biri isə şadlıq saraylarına aiddir. Burada hər 30 kvadratmetr sahə üçün bir avtomobil yeri yaradılması məcburidir.

Məktəblər və xəstəxanalar da yeni qaydalara daxil edildi

Yeni kvotalar təhsil və səhiyyə müəssisələrinə də şamil olunur. Məktəbəqədər və ümumtəhsil müəssisələrində hər 300 kvadratmetr, ali və orta ixtisas təhsil müəssisələrində isə hər 200 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Poliklinikalarda hər 100 kvadratmetr üçün bir parklanma yeri, xəstəxanalarda isə hər beş çarpayıya bir avtomobil yeri nəzərdə tutulur.

Yeni tələblər mənzil qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, bu qərar paytaxtda tıxacların aradan qaldırılması istiqamətində atılan mühüm bir addımdır:

“Ən azı bundan sonra paytaxtda tikilən hündürmərtəbəli binaların inşası zamanı parklanma məsələsinə xüsusi diqqət ayıracaqlar. Halbuki bu vaxtadək inşa edilən hündürmərtəbəli binalar üçün parklanma məsələsi tövsiyə xarakeri daşıyırdı. Nəticədə bina sakinlərinin heç 10 faizi avtomobilini rahat şəkildə binanın həyətində və yaxud zirzəmisində saxlaya bilmirdi.

Yaxud da binaların 1-2 və hətta 3-cü mərtəbələri ofis və ticarət mərkəzi üçün nəzərdə tutulurdu. Sonradan həmin obyektlərdən istifadə edənlər avtomobillərini saxlamaq üçün yer tapa bilmirlər. Bu da haqlı narazılığa yol açır. Bir binada yaşayan və yaxud işləyən şəxs əksər hallarda xeyli uzaqda və ödənişli parklanma yerlərindən istifadə etmək məcburiyyətində qalırlar. Ona görə də yeni qərar bu vaxtadək olan problemlərin həllini hədəfləyib”.

Qiymətlər yüksələcək

Müsahibimiz yeni qaydaların daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olacağını bildirib:

“Yeni qaydalar MTK-lardan daha çox torpaq sahəsinə sahib olmağı tələb edir. Eyni zamanda, binanın altında daha çox parklanma yerlərinin olmasını zərurətə çevirir. Bütün bunlarsa əlavə xərc deməkdir. Əgər bu tələblər icra olunarsa, o zaman həm yeni mənzillərin, həm də ofislərin qiyməti kəskin artacaq.


Nəzərə alaq ki, hazırkı vəziyyətdə yeni binalarda heç 10 mənzilə parklanma yeri düşmür. Halbuki bir binada ən azı 120-130 mənzil və xeyli ofis var. Bu qədər obyekti parklanma yeri ilə təmin etməyə bütün MTK-ların imkanı çatmayacaq. Nəticədə rəqabət zəifləyəcək, qiymətlər sürətlə bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO