Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Qusarda keçirilən Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" konfransının iştirakçıları Quba və Qusar ərazisində yerləşən məscidlərə, sinaqoq və muzeyə baş çəkiblər.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, media nümayəndələri Quba şəhəri Cümə və Səkinəxanım məscidlərini, Altıgümbəz sinaqoqunu, Dağ Yəhudiləri muzeyini ziyarət ediblər.

Quba Cümə məscidinin imamı Seyran Fərəczadə və məscid icmasının sədri İlqar Bayramov məscidin tarixi haqqında məlumat veriblər.

Onlar qeyd ediblər ki, məscid 1802-ci ildə Qazi Nəsrulla əfəndinin və oğlu Hacı İsmayılın təşəbbüsü və maddi yardımı ilə tikilib.

Seyran Fərəczadə söyləyib ki, məscidi məşhur memar Ömər Əbu Bəkr oğlu Naxçıvani tikib:

"1933-cü ildə məsciddə iki mədrəsə, minarə və digər tikililər dağıdılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidin ətrafına şəbəkəli hasar çəkilib, su, kanalizasiya xətləri bərpa edilib, dəstəmazxana və digər köməkçi binalar və 41 m hündürlüyündə minarə ucaldılıb".
 

İlqar Bayramov bildirib ki, "Cümə" məscidi 2022-2023-cü illərdə əsaslı təmir olunub, məscidin dam örtüyü dəyişdirilib.


Daha sonra Quba şəhəri Səkinəxanım məscidi ziyarət olunub. Məscidin imamı Həmdulla Dəniyarlı məlumat verərkən söyləyib ki, məscid 1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanımın istəyi və vəsaiti ilə tikilib:

"1930-cu illərdə məscid Sovet hakimiyyəti tərəfindən bağlanıb, ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılıb. Məsciddən əvvəllər anbar kimi istifadə olunub, daha sonra burada tikiş sexi açılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib, ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri, 1990-1993-cü illərdə dəstəmazxana və başqa köməkçi binalar tikilib, məscid əsaslı bərpa və təmir edilib".

Quba rayonunun Qırmızı qəsəbə ərazisində yerləşən Altı Gümbəz sinaqoqu da ziyarət edilib.

Sinaqoqda jurnalistləri Dağ yəhudiləri dini icmasının sədri Pisax İsakov məlumatlandırıb. O qeyd edib ki, sinaqoq 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa edilib:

"Onun altı günbəzi (6 guşəli olması) Qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində buraya köçmələrinin rəmzidir".

P. İsakov deyib ki, sinaqoqun bərpasına 1995-ci ildə başlanılıb, 2000-ci ilin oktyabrında başa çatdırılıb:

"Hazırda məbəd dindarların istifadəsindədir və onun zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx mövcuddur".

Media nümayəndələri Dağ yəhudiləri muzeyinə də baş çəkiblər. Muzeyin direktoru İqor Şaulov bildirib ki, burada nümayiş olunan eksponatların toplanması 11 il vaxt alıb:

"Sovet dövründə eksponatlar başqa ölkələrə aparılmışdı. Məsələn, 1920-ci ildə toxunmuş bir xalçanı Münhendən tapıb, gətirmişdik. Muzeydə tolerantlıq və multikulturalizmlə bağlı sənədlər, keçirilmiş konqreslər, tədbirlər, küçələrin açılış mərasimləri və digər tədbirlərə aid materiallar nümayiş etdirilir. Bundan əlavə, divarın bir hissəsində dağ yəhudilərinin bu torpaqlara necə gəlib çatması əks olunub. Dağ yəhudiləri Azərbaycanda II əsrdən yaşayırlar. Qüdsdən çıxaraq Babil istiqamətindən keçib bu ərazilərə gəliblər. Burada dağ yəhudilərinin Qırmızı Qəsəbəyə qədər keçdiyi tarixi yol göstərilib".




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

İlin son Ay tutulması BAŞA ÇATDI

İlin son Ay tutulması BAŞA ÇATDI

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb...

End of content

No more pages to load

RADİO