Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
 

Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, habelə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunvericiliyin tələbləri pozulmaqla, müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.


Araşdırmanın nəticələrinə əsasən, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tarix və mədəniyyət abidələrinin qorunması dövlət tərəfindən təmin olunur:

"Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan həyata keçirilməsinə yol verilmir.

Xəbərdarlıq qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətini istisna etmir.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı müəyyən edilmiş tələblərin pozulması, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.
 

Bununla yanaşı, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunda nəzərdə tutulmuş hallarda qəsdən korlanması və ya məhv edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər həmin Məcəllənin 246-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər.


Tarix və mədəniyyət abidələri xalqımızın milli-mədəni irsinin mühüm hissəsidir. Onların tarixi və memarlıq xüsusiyyətlərinin qorunması milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsinə götürülmüş abidələrdə hər hansı təmir, bərpa, yenidənqurma və digər işlər aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş tələblərə və razılaşdırma prosedurlarına ciddi əməl etməyə çağırırıq.

Tarixi və mədəni irsimizin qorunması həm hüquqi, həm də mənəvi məsuliyyətdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

End of content

No more pages to load

RADİO