2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, həmçinin orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana biləcəklər.
Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya verilən məlumata görə, təhsil tələbə kreditindən yararlanmaq istəyən tələbələr ilk növbədə razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalında qeydiyyatdan keçərək müraciətlərini tamamlamalıdırlar.
Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür.
Təhsil tələbə krediti tələbələrə təhsil haqlarının maliyyələşdirilməsində dəstək göstərməklə yanaşı, maddi çətinlik səbəbindən təhsilin yarımçıq qalmasının qarşısının alınmasına xidmət edir.
Tələbə krediti üçün müraciətlər e-ttkf.edu.az portalı üzərindən qəbul edilir.
Bizim.Media