Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Uşaq vaxtı atasına “gələcəkdə səfir olacağam” deyən Zəhra Xəlilzadə bu gün həmin arzusu istiqamətində ilk böyük addımını atıb. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə 533 balla Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Atasının illər əvvəl söylədiyi “Hansı peşəyə yiyələnirsən, bu sənin öz seçimindir, ancaq onu layiqincə yerinə yetirməyi unutma” sözləri isə onun üçün bu yolda xüsusi məna daşıyır.

İ.Əfəndiyev adına Elitar Gimnaziyanın məzunu olan Zəhra məktəb illərində də uğurları ilə seçilib. Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində də 3-cü yeri tutub. IX sinifdə şəhid övladları arasında yüksək nəticə göstərərək İngiltərəyə səyahət etmək şansı qazanıb. Həmçinin Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak hüququ əldə edib. Dünya kosmonavtları ilə görüş zamanı çıxış edib, onlarla diskussiyada iştirak edib və öz suallarını ünvanlayıb. Müxtəlif yarış və layihələrdə də iştirak edən Zəhra bu tədbirlərdə fərqlənməyi bacarıb.

Bizim.Media xəbər verir ki, Zəhra Xəlilzadə “azertag.az”a müsahibəsində beynəlxalq münasibətlər ixtisasını seçməsinin səbəbindən danışıb.
 

“Uşaq vaxtı həmişə atama deyirdim ki, gələcəkdə səfir və ya diplomat olacağam. O da mənə gülümsəyib deyərdi: “Hansı peşəyə yiyələnirsən, bu sənin öz seçimindir, ancaq onu layiqincə yerinə yetirməyi unutma”. Ölkələri səyahət etməyi, daim özümü inkişaf etdirməyi, araşdırma aparmağı, yeni məlumatlar öyrənməyi, siyasəti və diplomatiyanı çox sevirəm. Ona görə düşündüm ki, mənim üçün ən doğru seçim beynəlxalq münasibətlər olacaq.


İmtahanlara isə çox sərt rejimdə hazırlaşdım. Bir müddət bütün sosial şəbəkələrdən uzaqlaşdım. Lakin zamanla səhhətimdə problemlər yaranmağa başladı. Anladım ki, istirahət etmək, vaxtdan düzgün istifadə etmək də vacibdir. Qrafikimi dəyişdim, vaxtımı düzgün bölməyə başladım və çox çalışmaq yox, düzgün çalışmaq metodunu kəşf etdim.

Şəkil çəkmək, mütaliə etməklə çətinliklərin öhdəsindən gəlməyə çalışırdım. Mən çox yaxşı əzbərçilik bacarığına malik idim. Hətta beş il musiqi məktəbində təhsil almışam. Müəllimim gözlərimi bağlayırdı ki, onun əllərinə baxmadan fortepiano ifa edim və musiqini duyum. Buna baxmayaraq, tarix dərsindən özümü həmişə zəif hiss edirdim və yüksək nəticə toplayacağıma şübhə ilə yanaşırdım.

İmtahana az qalmışdı və mən şikayətlənməyə başladım ki, tarix fənnindən heç nə yaza bilməyəcəyəm. Bu fikrimi evdə anama danışdım, gecə yatdım və yuxuda gördüm ki, atam mənə tarix dərsindən test izahı verir və deyir: “Söz verirəm, bu dəfə səni tək qoymayacağam, geri qayıdacağam”. İmtahanda tarix fənni üzrə gözlədiyimdən də yüksək nəticə göstərdim. Mənim üçün ən maraqlı hadisə bu idi”, - deyə Zəhra Xəlilzadə qeyd edib.

Zəhranın sözlərinə görə, bu uğurun arxasında anasının da böyük zəhməti dayanır:

“Yaşadığımız yer ilə hazırlığım arasında çox məsafə var idi. Dərs başlamazdan bir saat yarım əvvəl evdən çıxmalı olurdum. Səhhətimdəki narahatlığa görə avtobus və metrodan istifadə edə bilmirdim. Anam işdən həmişə tez çıxır, tələsik məni götürüb hazırlığa aparırdı. Üç-dörd saata yaxın soyuqda maşında mənim dərsdən çıxmağımı gözləyirdi. Bu uğurumun arxasında onun da əməyi var.
 

Mən hər şeyə görə ona borcluyam. O, mənə yalnız ana yox, həm də ata oldu. Qəbul xəbərləri çıxanda isə çox sevindim. İlk olaraq anamın üzünə baxdım və gözlərim doldu. Çünki bunu bacarmaq üçün əlimdən gələni etmişdim”.


Beynəlxalq münasibətlər sahəsində dərin bilik və peşəkar bacarıqlar qazanmaq, xarici dil biliklərini inkişaf etdirmək istəyən Zəhra gələcəkdə uğurlu diplomat və beynəlxalq əlaqələr üzrə mütəxəssis olmağı qarşısına məqsəd qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

End of content

No more pages to load

RADİO