Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Valideynlər övladları üçün ən yaxşısını etmək istəsələr də, bəzən həddindən artıq qayğı göstərərək onların müstəqil və psixoloji cəhətdən dözümlü böyüməsinə mane ola bilirlər.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri uşağın özü yerinə yetirməli olduğu işləri valideynin etməsidir.

Məsələn, bəzi valideynlər övladlarının məktəb layihələrini özləri hazırlayır ki, daha yüksək qiymət alsınlar və ya uşağın isterikasının qarşısını almaq üçün onun bütün istəklərini yerinə yetirirlər.
 

Amerikalı psixiatr Daniel Amen hesab edir ki, belə yanaşma uşaqların müstəqillik, məsuliyyət və problemlərin öhdəsindən gəlmək bacarığını inkişaf etdirməsinə mane olur.
Psixiatr bu fikrini qızının tərbiyəsindən nümunə ilə izah edib.


"Qızım ev tapşırığını evdə unutduqda heç kim onu məktəbə aparmırdı. Soyuq havada anasının xəbərdarlığına baxmayaraq gödəkçəsini götürmürdüsə, heç kim sonradan ona gödəkçə gətirmirdi", - o bildirib.

Uşağın hər problemini həll etmək düzgün deyil

Mütəxəssis valideynlərə uşaq "darıxıram" dedikdə də onu dərhal əyləndirməyə çalışmamağı tövsiyə edir. Onun fikrincə, uşağın vəziyyətdən özü çıxış yolu axtarması problem həll etmə bacarığını və psixoloji dayanıqlığını formalaşdırır.

"Əgər övladlarınız üçün həddindən artıq çox iş görürsünüzsə, özünüzü daha yaxşı hiss etsəniz də, onların özünəinamını zəiflədirsiniz. İnsanlar problemləri həll etdikcə psixoloji dözümlülük qazanırlar", - Amen bildirib.

Sərt tərbiyə də çıxış yolu deyil

Məqalədə vurğulanır ki, psixoloji dayanıqlılıq yaratmaq uşaqlara qarşı sərt davranmaq demək deyil. Barnard Kollecinin uşaq psixoloqu Tova Klyayın bildirib ki, həddindən artıq sərt cəzalar uşaqların çətinliklərin öhdəsindən gəlməsinə kömək etmir.
 

Eyni zamanda onları bütün uğursuzluqlardan qorumaq da düzgün yanaşma hesab olunmur. Onun fikrincə, valideynlər uşaqlara səhv etmək və uğursuzluq yaşamaq imkanı verməli, eyni zamanda sevgilərini və dəstəklərini hiss etdirməlidirlər.


"İnanıram ki, sən bu çətin vəziyyətin öhdəsindən gələcəksən. Nəticə necə olursa-olsun, qalib gəlsən də, uduzsan da, mən sənin yanındayam", - psixoloq izah edib.

Məsuliyyət hissi uşaqlıqdan formalaşır

Məqalədə qeyd olunur ki, uşaqları ev işlərinə cəlb etmək, dostlarına və sinif yoldaşlarına kömək etməyə təşviq etmək onların özünəinamını və məsuliyyət hissini gücləndirir. Bunu American Psychological Association da dəstəkləyir. Təşkilatın mütəxəssisləri hesab edirlər ki, yaşa uyğun məsuliyyət daşıyan uşaqlar gələcəkdə həyatın çətinlikləri ilə daha rahat mübarizə aparırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

End of content

No more pages to load

RADİO