İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında baş tutan telefon danışığında regional məsələlər müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yerləşdirilib.

Bildirlib ki, İ.Dar İran rəhbərliyini, hökumətini və xalqını İran ilə ABŞ arasında tarixi əhəmiyyət daşıyan "İslamabad Anlaşma Memorandumu"nun imzalanması münasibətilə təbrik edib. O, həmçinin danışıqların növbəti mərhələsinin başlanması ilə bağlı xoş arzularını çatdıraraq, prosesin maneəsiz davam edəcəyinə və müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

A.Əraqçi öz növbəsində Pakistanın konstruktiv və ardıcıl vasitəçilik səylərinə görə təşəkkürünü ifadə edib.

İranın XİN rəhbəri Pakistan tərəfinə, o cümlədən Böyük Britaniya tərəfindən dənizdə xilas edilən 8 balıqçı və ABŞ tərəfindən saxlanılmış 22 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 30 İran vətəndaşının vətənə qaytarılması prosesinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Hazırda həmin şəxslərin tranzit keçidi Pakistanın koordinasiyası ilə həyata keçirilir.

Söhbətin yekununda tərəflər qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb, bundan sonra da sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur.

Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Berdıyev Vadjidən imtina etdi

Berdıyev Vadjidən imtina etdi

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Kuyt yenidən “Fənərbağça”da

Kuyt yenidən “Fənərbağça”da

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Əməkdar artist itini axtarır

Əməkdar artist itini axtarır

End of content

No more pages to load

RADİO