Məhkəmə "Arzum"un arzusunu ürəyində qoydu - VİDEO

Avtomobil qəzası zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib.

Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşmazlıqlara müstəntiq aydınlıq gətirib.

Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən anlaşmazlıqların olduğunu deyiblər.

Buna görə də vəkil Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra protokollara əlavə edilmiş hal şahidlərinin ifadələri ilə bağlı təqsirləndirilənin vəkili Fərid Həsənov vəsatət verərək hadisə baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı bloqer "Arzum" barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhmədlidə açıq ərazi YANIR

Əhmədlidə açıq ərazi YANIR

Frilans işləyənlərin NƏZƏRİNƏ – Vergi qaydaları DƏYİŞİR

Frilans işləyənlərin NƏZƏRİNƏ – Vergi qaydaları DƏYİŞİR

Bu məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bu məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Regionlarda internetin sürəti necədir?

Regionlarda internetin sürəti necədir?

124 illik Dəmiryol Vağzalı binası əsaslı təmir edilir – VİDEO

124 illik Dəmiryol Vağzalı binası əsaslı təmir edilir – VİDEO

İsti havalarda döymə etdirmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

İsti havalarda döymə etdirmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

İlon Mask "SpaceX"in zəfərini kosmodromda mühəndislərlə qeyd etdi

İlon Mask "SpaceX"in zəfərini kosmodromda mühəndislərlə qeyd etdi

"Qarabağ" daha 3 futbolçunu transfer edəcək

"Qarabağ" daha 3 futbolçunu transfer edəcək

Dünya çempionatının reklamı Bekhemin böyük oğlunu ailəsi ilə düşmən etdi

Dünya çempionatının reklamı Bekhemin böyük oğlunu ailəsi ilə düşmən etdi

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO