Bakıda küçədə əlbəyaxa dava edən qadın və kişinin kimliyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Atatürk prospekti ərazisində baş verən insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq polis şöbəsinə gətiriliblər.
Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda araşdırmalar davam etdirilir. (Oxu.az)
Bizim.Media