"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur.

Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə "İdrak" liseyində 10-cu sinifində oxuduğunu bildirib.

İclasda elan olunub ki, məhkəmə prosesində yeniyetmənin qanuni nümayəndəsi qismində anası iştirak edir.

Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə onun yetkinlik yaşına çatmadığını əsas gətirərək məhkəmə baxışınının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

O deyib ki, yemitmetə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib və əməlindən peşmandır:

"Həmçinin zərərçəkmiş şəxslə qanuni qaydada barışıq əldə olunub, yaşadığı yerdən müvafiq arayış təqdim edilib. O, İngiltərədə kurs keçib, diplomları və nailiyyətləri var. "İdrak" liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Saxlandığı yerdə özünü nümunəvi aparır.

İnternetdəki müəyyən oyunların təsirinə düşüb. Ailəsi də bu hadisəni normal qəbul etmir. Xahiş edirik ki, indiki mərhələdə onun barəsində qəbul edilmiş həbs qətimkan tədbiri dəyişdirilsin".

Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsin qaldırdığı vəsatətə etiraz etməyib.

O bildirib ki, tərəflər arasında barışıq əldə olunub: "Bu səbəbdən, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına etiraz etmirik".

Vəsatət təmin edilməyib.

Növbəti məhkəmə baxışı iyulunn 1-ə təyin olunub.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO