Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Cəlilabad rayonunda son iki ay ərzində canavarların yaşayış məntəqələrinə yaxınlaşması və təsərrüfatlara hücumları kəskin şəkildə intensivləşib. Xüsusilə şəhər mərkəzinə yaxın Həzi Aslanov və Rəşad Zeyniyev küçələri istiqamətində yırtıcı heyvanların görünməsi sakinlər arasında ciddi vahimə və narahatlıq yaradıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, canavarlar əsasən xırdabuynuzlu heyvanları hədəf alır. Nəticədə, çoxsaylı quzu və qoyun tələf olur.

Sakinlər bu hücumların artıq mütəmadi xarakter aldığını və vəziyyətin hər gün daha da ağırlaşdığını qeyd edirlər.

"38 baş heyvanımı məhv ediblər"

Yırtıcıların hücumundan ciddi ziyan çəkən rayon sakini Mahir Quliyev bildirib ki, təkcə onun təsərrüfatında son iki ayda 15 quzu və 23 qoyun canavarlar tərəfindən parçalanıb. Onun sözlərinə görə, bu vəziyyət ailəyə həm ciddi maddi ziyan vurub, həm də təsərrüfatın fəaliyyətini tamamilə iflic edib.

Sakinlər onu da vurğulayırlar ki, canavarların yaşayış evlərinin biraddımlığına qədər gəlməsi artıq təkcə mal-qaraya deyil, insanların, xüsusilə də azyaşlı uşaqların təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bələdiyyə məsələyə münasibət bildirdi

Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri qeyd edib ki, yaranmış problem artıq nəzarətə götürülüb:

"Sakinlərin müraciəti əsasında sözügedən ərazidə araşdırmalar aparılır. Aidiyyəti qurumlarla birlikdə canavar təhlükəsinin qarşısının alınması və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu evlər cəmi 2 saata hazır olur

Bu evlər cəmi 2 saata hazır olur

Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

İran Trampın hədəsinə CAVAB VERDİ

İran Trampın hədəsinə CAVAB VERDİ

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

End of content

No more pages to load

RADİO