Polis Bərdə sakininə qoşulub qaçan yetkinlik yaşına çatmayan qızın yerini müəyyən edərək ailəsinə qaytarıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib. O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib.
Araşdırmalar aparılır.
Bizim.Media