Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Ötən həftə ən prestijli ixtisasların cəmləşdiyi I və IV ixtisas qrupları üzrə blok imtahanı keçirildi. Hər il ən az bir nəfərin 600-dən çox bal toplamasına baxmayaraq istədiyi ixtisasa daxil ola bilmədiyi üçün növbəti il yenidən hazırlaşdığı bu qrupların imtahanında bu il imtahanda “suallar çətin idi” kimi fikirlər səslənmədi. Görünən odur ki, imtahanda istifadə olunan tapşırıqlar abituriyentlərin gözləntiləri səviyyəsində olub.

Bəs görəsən, bu amil ballara təsir edəcəkmi? Ümumiyyətlə, IV ixtisas qrupunun ən yüksək ballı ixtisaslarından olan tibbdə bu il ballar enəcək, yoxsa qalxacaq?

Bizim.Media xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) “lent.az”a bildirib ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər:

“I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər arasında apardığımız sorğuya əsasən onu deyə bilərəm ki, imtahan normal keçib. Yalnız bəzi abituriyentlər I qrupda riyaziyyat və qismən informatikadan, IV qrupda isə əsasən, fizika fənnində bir qədər çətinlik olduğunu dilə gətirdilər. Ümumilikdə isə, yaxşı nəticələr əldə edə abituriyentlər çoxdur.
 

Ancaq ötənilki buraxılış və blok imtahanı göstəricilərinin ümumi mənzərəsinə baxanda, bu il toplanan balların bir qədər aşağı olduğunu görürük. Lakin bununla belə, ikinci cəhd blok imtahanından sonra da I və IV ixtisas qruplarının prestijli ixtisaslarında keçid ballarının enəcəyini düşünmürəm.


Çünki hər zaman növbəti cəhddə abituriyentlər daha yüksək bal toplayırlar. Əlbəttə, bu da keçid ballarına təsir edir.

Ümumi gözləntimiz ondan ibarətdir ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər. Məsələn, ötən il 626 balla Tibb Universitetinə daxil olanlar bu il 605-610 bal aralığında həmin fakültəyə qəbul ola bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO