Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər arasında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr müxtəlif səbəblərdən tətbiq olunur. Lakin statistik müşahidələr göstərir ki, bəzi qayda pozuntuları digərlərinə nisbətən daha çox qeydə alınır və bu hallar ən çox cərimələnən pozuntular sırasında yer alır. Bu isə həm yol təhlükəsizliyi, həm də sürücülərin davranış mədəniyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “demokrat.az”a bildirib ki, ara məsafəsinin düzgün seçilməməsi yol hərəkəti qaydalarının ən çox rast gəlinən pozuntularından biri hesab olunur:

"Bu hal xüsusilə sıx nəqliyyat şəraitində daha qabarıq şəkildə özünü göstərir və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Sürücülər bəzən yol və hava şəraitini nəzərə almadan, qarşıdakı nəqliyyat vasitəsi ilə kifayət qədər məsafə saxlamırlar ki, bu da qəfil dayanma və toqquşmalara səbəb ola bilir. Bununla yanaşı, yol hərəkətində "anlaşma prinsipi”nin pozulması da geniş yayılmış hallardandır.
 

Xüsusilə dairəvi hərəkət sahələrində sürücülər arasında növbəlilik qaydasının gözlənilməməsi, üstünlük hüququnun nəzərə alınmaması və yol vəziyyətinin düzgün qiymətləndirilməməsi kimi hallar tez-tez qayda pozuntularına səbəb olur. Ən çox rast gəlinən pozuntular sırasında dayanma və durma qaydalarının pozulması da xüsusi yer tutur. Sürücülərin qadağan olunmuş yerlərdə dayanması və ya uzun müddət nəqliyyatın hərəkətinə mane olacaq şəkildə durması həm sıxlıq yaradır, həm də yolun buraxılış qabiliyyətini azaldır”.


O deyib ki, digər mühüm pozuntulardan biri piyadaya yol verilməməsidir:

"Piyada keçidlərində sürücülərin üstünlük qaydasına əməl etməməsi həm piyadaların təhlükəsizliyini ciddi şəkildə risk altına alır, həm də ən çox cərimələnən inzibati xətalar sırasında yer alır.

Son illərdə diqqət çəkən digər bir məsələ isə avtobus zolağına daxil olma hallarının artmasıdır. Bu qayda pozuntusu ictimai nəqliyyatın hərəkətinə mane olur, avtobusların qrafikini pozur və yol hərəkəti intizamına mənfi təsir göstərir.

Bu tip pozuntular həm yol polisi tərəfindən, həm də müşahidə kameraları vasitəsilə qeydə alınır və inzibati cərimələrlə nəticələnir.

Ümumilikdə, sadalanan qayda pozuntuları yol təhlükəsizliyi baxımından ciddi risk yaradır və ən çox rast gəlinən inzibati xətalar sırasında yer alır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO