Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Müharibənin bitdiyini elan edəndən sonra, ABŞ Prezidenti Donald Tramp indi də Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacağını bəyan edib.

Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun mayın 4-də, yəni bu gün başlayacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA


Amerika lideri, onu da qeyd edib ki, bu humanitar prosesə hər hansı müdaxilə olarsa, ona qarşı da güc tətbiq ediləcək.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə isə, hərbi münaqişə səbəbindən Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək məqsədilə həyata keçiriləcək “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15 min ABŞ hərbçisi, 100 çox quru və dəniz təyyarəsi iştirak edəcək.

Aydın məsələdir ki, İran buna səssiz qalmayıb.

Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik fonunda SEPAH-ın Hərbi Dəniz Qüvvələri dənizçilərə VHF radio yayımı vasitəsilə sərt xəbərdarlıq edib. Yayılan mesajda bütün gəmilərə müraciət olunaraq bildirilib:

“Diqqət bütün gəmilər, diqqət bütün gəmilər! İran İslam Respublikasının icazəsi olmadan Hörmüz boğazına daxil olsanız, hədəf alınacaq və məhv ediləcəksiniz”.

Savaş yenidən başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, “Azadlıq Layihəsi” baş tutsa bu, yalnız İranın razılığı əsasında olacaq:

“Başqa yol yoxdur. Hörmüz boğazında hazırda yüzlərlə gəmi qapanıb qalıb. Boğaza isə İran nəzarət edir. Onun ərazini istənilən silahlarla atəşə tutmaq imkanı var. Amerika gəmiləri isə buradan 340 km məsafədədir, yaxın gedə bilmirlər. Belə olan vəziyyətdə boğazda ilişib qalmış neytral xarici gəmilərə kömək etməyə ABŞ yalnız Tehranın razılığı əsasında başlaya bilər”.

Politoloq qeyd edib ki, Tehran həmin əməliyyata razılıq verməsə, onun həyata keçməsinə də imkan verməyəcək:

“Ərazidə dəniz və quru əməliyyatları mümkün deyil. ABŞ yalnız hava əməliyyatı ilə buna gedə bilər. Belədə isə müharibə yenidən alovlanacaq. Odur ki, ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı yalnız İranın razılığı əsasında olacaq. Başqa yol yoxdur. Başqa yol yalnız müharibənin yenidən alovlanmasından keçir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Xocavənddə güclü yanğın başladı

Xocavənddə güclü yanğın başladı

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

End of content

No more pages to load

RADİO