Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub.
 

Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb.


Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.

Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib.

Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər.

Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib.

Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.

Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib.
 

Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.


Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür.

İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir.

Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.

Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib.

Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər.
 

Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir.


Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” qərarında verilmiş izahlardan irəli gəlir.

Beləliklə, Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunmuş və cinayət işi yenidən apellyasiya baxışına təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran millisi FIFA-dan şikayətləndi

İran millisi FIFA-dan şikayətləndi

“Qarabağ” onu transfer etdi - VİDEO

“Qarabağ” onu transfer etdi - VİDEO

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

DÇ-2026: Belçika - İran oyunu başladı

DÇ-2026: Belçika - İran oyunu başladı

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

Elgiz yeni işə başladı

Elgiz yeni işə başladı

"Real" fransız futbolçularla yollarını ayırır

"Real" fransız futbolçularla yollarını ayırır

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

Tusk: "Polşa və Ukrayna arasındakı siyasi münaqişəyə sürüklənmək strateji səhvdir" - VİDEO

End of content

No more pages to load

RADİO