Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

ABŞ-ın dövlət müstəqilliyinin 250 illik yubileyinə (rəsmi olaraq 4 iyul 2026-cı ildə qeyd olunacaq) hazırlıq çərçivəsində ölkənin zəngin siyasi tarixi hərrac vitrinlərinə daşınıb.

"Bonhams" hərrac evi bu sahədə ən nüfuzlu özəl kolleksionerlərdən biri olan Luiza Teyperin (Louise Taper) unikal prezident relikviyaları kolleksiyasını satışa çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın "Daily Mail" qəzeti yayıb.

Hərraca çıxarılan lotların ümumi dəyəri 1,2 milyon dollardan çox qiymətləndirilir. Onlayn formatda keçirilən ticarət rəqabəti iyunun 23-dək davam edəcək.

Ruzveltin silindr papağı və Reyqanın beysbolkası

Təqdim olunan eksponatlar arasında Ağ Evin bir neçə məşhur rəhbərinin geyim aksessuarları və unikal şəxsi əşyaları yer alır:

Ronald Reyqan: Keçmiş prezidentin üzərində öz imzası olan şəxsi beysbol papağı (beysbolka) 800–1200 dollar qiymətində dəyərləndirilir.
 

Franklin Delano Ruzvelt: ABŞ-ı İkinci Dünya müharibəsindən çıxaran liderə məxsus bir neçə mühüm əşya satışdadır. Onların arasında Ruzveltin birinci andiçmə (inaqurasiya) mərasimində taxdığı məşhur silindr papağı və qiyməti 20-30 min dollara çatan cib saatı xüsusi diqqət çəkir.


Duayt Eyzenhauer: General və prezident Eyzenhauerin də bir sıra şəxsi aksessuarları kolleksiyanın dəyərli eksponatları sırasındadır.

Vaşinqtonun çini qabları və Hüquqlar Haqqında Bill

Kolleksiyada geyimlərlə yanaşı, ABŞ dövlətçilik tarixi üçün fundamental əhəmiyyət kəsb edən artefaktlar da var. Onlardan biri ABŞ Konstitusiyasına edilən ilk 10 düzəlişi özündə əks etdirən və XVIII əsrin sonlarına aid olan "Hüquqlar Haqqında Bill"in (Bill of Rights) nadir ilkin çap nüsxəsidir. Bu sənədin qiyməti 8-12 min dollar arasında dəyişir.
 

Bundan əlavə, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona məxsus olmuş nadir "Niderviller" (Niderviller) çini qablar dəsti də hərracın ən baha lоtlarından biridir — onun qiyməti 80 min dollara qədər qalxa bilər. Siyasi sülalələrin varislik rəmzi kimi kolleksiyada Ruzveltlər və Kennedi ailəsinə aid əşyalar, o cümlədən Jaklin Kennedinin qoruyub saxladığı xüsusi desert boşqabı da yer alıb.


"Bonhams" nümayəndələri qeyd edirlər ki, bu layihə sadəcə əşya satışı deyil, ABŞ-ın siyasi, mədəni və maddi irsinin mühüm əlyazmalar, çap məhsulları və prezident relikviyaları vasitəsilə təqdim olunduğu irihəcmli tarixi retrospektivdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

End of content

No more pages to load

RADİO