Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə edilən müraciətləri icraata qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə məhkəmənin sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, “Güclü Ermənistan” bloku, “Birliyin Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Çiçəklənən Ermənistan”, “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı”, “Ermənistan” bloku və “Yeni Güc” partiyasının Mərkəzi Seçki Komissiyasının 7 iyun 2026-cı il tarixli parlament seçkilərinin yekunları ilə bağlı qərarının ləğvi tələbi ilə verdiyi ərizələr baxılmağa qəbul edilib.
Məhkəmənin məlumatına görə, bütün müraciətlər bir icraatda birləşdirilib və eyni məhkəmə iclasında araşdırılacaq.
İş üzrə məhkəmə baxışı iyunun 26-da saat 11:00-da keçiriləcək.
Bizim.Media