Akrobatika gimnastikası üzrə qadın qrupumuz — Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova Dünya kuboku seriyasının qalibi olublar.
Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya bildirilib ki, idmançılarımız mövsüm ərzində keçirilən Dünya kuboku yarışlarında nümayiş etdirdikləri yüksək və stabil nəticələr sayəsində bu möhtəşəm uğura imza atıblar.
Bizim.Media