Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci turun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər.
Atlanta stadionunda baş tutan qarşılaşma İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Matçda son qolu 49-cu dəqiqədə Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tombakti öz qapısına vurub.
Bu, İspaniyanın qrupda qazandığı ilk qələbəsi olub. Komanda daha əvvəl Kabo-Verde ilə 1:1 hesablı heç-heçə edib.
Bizim.Media