Avropada elektromobillərin SATIŞINDA rekord göstərici

Mart ayında Avropada elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin satışı yarım milyonu keçib.

Bizim.Media “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, ötən ay Avropada elektrikli nəqliyyat vasitələrinin satışı ilk dəfə yarım milyonu keçərək 540 minə yaxınlaşıb.

Bu göstərici əvvəlki aya nisbətən 72 faiz, illik müqayisədə isə 37 faiz artım deməkdir.
 

Böyük Britaniya, Belçika, Finlandiya, Fransa, İtaliya, Portuqaliya və İspaniya rekord satışlara malik ölkələr olub. İlin birinci rübündə isə Avropada elektrikli nəqliyyat vasitələrinin satışları 27 faiz artaraq 1,2 milyona yüksəlib.


Məlumatlara görə, mart ayında dünyada 1,75 milyon elektrikli nəqliyyat vasitəsi satılıb.

Ötən ayın satışları aylıq müqayisədə 66 faiz, illik müqayisədə isə 3 faiz artım göstərib. Martda müşahidə olunan artıma baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda elektrikli nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 4 milyon olub.

Hesabat dövründə Çində satışlar 21 faiz azalaraq 1,9 milyona, Şimali Amerikada 27 faiz geriləyərək 320 minə düşüb, dünyanın qalan hissəsində isə 79 faiz artaraq 600 minə çatıb.

Mütəxəssislərin fikrincə, martda Avropada rekord göstəricidə - yarım milyondan çox elektrikli nəqliyyat vasitəsinin satılması ilə ən güclü ay yaşanıb.

“Köhnə qitədə” elektromobillərin satışında rekord göstəricinin qeydə alınması Yaxın Şərqdəki münaqişə fonunda neft tədarükünün pozulması səbəbindən yanacaq qiymətlərinin artması və subsidiya proqramlarının təsiri ilə elektrikli nəqliyyat vasitələri almağa marağın artması ilə əlaqədardır.

Struktur təzyiqlərinin dünya miqyasında elektrikli nəqliyyat vasitələrinin satışlarına təsir göstərməyə davam etdiyi və regional fərqlərin açıq şəkildə müşahidə olunduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

End of content

No more pages to load

RADİO