Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşüb. Hadisə səhər saatlarında köhnə Ələt–Astara magistral yolunun Lənkəran rayonunun Parakənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Bizim.Media xəbər verir ki, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.

Nəticədə avtomobildə sərnişin olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-cı il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib və müalicələri davam etdirilir.

Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə bu cür təhlükəli vəziyyətdə olan daha bir neçə ağac var və onların da aşma ehtimalı yüksəkdir.

Bildirilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələlik konkret tədbir görülməyib.

Hadisə nəticəsində yola düşən ağac bir müddət nəqliyyatın hərəkətinə mane olub. Yerli sakinlərin köməyi ilə ağac yoldan kənarlaşdırılıb və hərəkət bərpa edilib.

Qeyd edək ki, xəsarət alan qadınlardan biri həmin gün həkim müayinəsinə getmək üçün xəstəxanaya yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

Kir Starmer bu tarixdə istefa verəcək?

Kir Starmer bu tarixdə istefa verəcək?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

End of content

No more pages to load

RADİO