ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin Kimya Texnologiyası Universitetində (PKTU) olub.

Bizim.Media xəbər verir ki, görüşdə ADNSU tərəfindən Universitetin rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, Çin tərəfindən isə PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru Canq Binq və digər rəsmi şəxslər iştirak ediblər.

PKTU-nun Çao Yanq kampusunda baş tutan görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq reytinqlərdəki mövqeyi və elmi-tədqiqat potensialı barədə geniş təqdimatla çıxış edib. 

Rektor universitetin fakültələri, tədris olunan ixtisaslar, tələbə kontingenti, xüsusən də beynəlxalqlaşma strategiyası çərçivəsində əcnəbi tələbələrin cəlb olunması və qlobal təhsil məkanına inteqrasiya istiqamətində görülən işləri diqqətə çatdırıb.

PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq təmsil etdiyi universitetin elmi prioritetləri və beynəlxalq əməkdaşlıq təcrübəsi haqqında məlumat verib.

Elmi tərəfdaşlıq əlaqələrinin inkişaf istiqamətlərinin müzakirə olunduğu görüşdə əsasən kimya mühəndisliyi sahəsində elmi əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Xüsusən də doktorantura səviyyəsində ikili rəhbərlik üzrə birgə fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanıb. 

Tərəflər kimya mühəndisliyi üzrə doktorantura səviyyəsində ADNSU-nun doktorantlarının PKTU-da təhsil alması, eyni zamanda tədqiqat aparması imkanlarını nəzərdən keçiriblər. Xüsusilə elmi araşdırmaların keyfiyyətinin artırılması məqsədilə doktorantlar üçün ikili elmi rəhbərlik sisteminin tətbiqi məsələsi ətrafında detallı fikir mübadiləsi aparılıb.

Sonra iki ali təhsil müəssisəsi arasında akademik və elmi tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu  imzalanıb.

Səfər çərçivəsində, həmçinin SABAH mərkəzinin neft və kimya mühəndisliyi proqramlarının bu əməkdaşlığa inteqrasiyası, tələbə və müəllim mübadiləsi mexanizmlərinin yaradılması məsələlərinə də toxunulub.

Qeyd edək ki, imzalanan memorandum və aparılan müzakirələr Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin dərinləşməsinə, eləcə də ADNSU-nun beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsini hədəfləyir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Zelimle Ömər 1/4 finala çıxdı

Zelimle Ömər 1/4 finala çıxdı

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

End of content

No more pages to load

RADİO