İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

İraqın ərazi sularında iki neft tankerinə edilən hücumdan sonra ölkənin neft limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, 38 nəfər isə xilas edilib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 

İraq Limanları İdarəsinin rəhbəri Farhan al-Fartousi bildirib ki, Fars körfəzində baş verən hücum nəticəsində iki xarici neft tankerində yanğın baş verib. Xilasedicilər hadisə yerindən 38 ekipaj üzvünü xilas edə bilsələr də, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.


İraq Silahlı Qüvvələrinin Birləşmiş Operativ Komandanlığının sözçüsü, general-leytenant Saad Maan isə hücumun İraqın ərazi sularında baş verdiyini bildirib. Onun sözlərinə görə, bu hadisə ölkənin suverenliyinin pozulması deməkdir və hökumət münaqişənin tərəfinə çevrilməmək üçün bütün səylərini göstərir.

Bu arada İranın dövlət televiziyası gecə saatlarında Fars körfəzində sualtı pilotsuz aparatın iki neft tankerini partlatdığını bildirib.
 

Məlumata görə, yanğın baş verən gəmilər Malta bayrağı altında üzən “Zefyros” və Marşal adaları bayrağı altında üzən “Safesea Vishnu” tankerlarıdır. “Safesea Vishnu” tankerinin qeydiyyatdan keçmiş sahibi ABŞ-ın Safesea Transport Inc. şirkəti, “Zefyros” tankerinin sahibi isə Yunanıstanda yerləşən şirkətdir.


Müşahidə məlumatlarına əsasən, yanğın baş verən zaman hər iki gəmi Fars körfəzində bir-birinə yaxın məsafədə lövbər salmış vəziyyətdə olub. Hadisədən sonra təhlükəsizlik səbəbilə İraqın neft limanlarının işi dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI - RƏSMİ

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI - RƏSMİ

“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər”- Video

“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər”- Video

Deputat: “Marketlər məhsulu bazara çıxarmaq üçün sahibkarlardan ödəniş tələb edir”

Deputat: “Marketlər məhsulu bazara çıxarmaq üçün sahibkarlardan ödəniş tələb edir”

“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal

“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal

Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox ARTIB

Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox ARTIB

Türkmənistan Azərbaycanda yeni səfirlik binası TİKƏCƏK

Türkmənistan Azərbaycanda yeni səfirlik binası TİKƏCƏK

Mülki PUA-lara nəzarət OLACAQ

Mülki PUA-lara nəzarət OLACAQ

Sürücüsüz avtomobillərə xüsusi tanınma nişanı QURAŞDIRILACAQ

Sürücüsüz avtomobillərə xüsusi tanınma nişanı QURAŞDIRILACAQ

Nasaz avtomobil yolda qaldıqda yük yerini açmaqla təhlükəsizlik təmin edilmir! - Sürücülərə ÇAĞIRIŞ

Nasaz avtomobil yolda qaldıqda yük yerini açmaqla təhlükəsizlik təmin edilmir! - Sürücülərə ÇAĞIRIŞ

Övladlarına bu adları qoyanlar sonradan peşman olurlar

Övladlarına bu adları qoyanlar sonradan peşman olurlar

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ– Cəzalar sərtləşdirilir

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ– Cəzalar sərtləşdirilir

Bəzi məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bakıda üç yeni körpü inşa edilir – VİDEO

Bakıda üç yeni körpü inşa edilir – VİDEO

Hesablama Palatasına yeni SƏLAHİYYƏT VERİLİR

Hesablama Palatasına yeni SƏLAHİYYƏT VERİLİR

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Bu avtomobillər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNMAYACAQ

Bu avtomobillər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNMAYACAQ

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycan və Ukrayna arasında mühüm saziş TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında mühüm saziş TƏSDİQLƏNDİ

Azərbaycan 2004-cü ildə imzalanmış Konvensiyaya QOŞULUR

Azərbaycan 2004-cü ildə imzalanmış Konvensiyaya QOŞULUR

Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO

Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Moskvanın mərkəzində ağır QƏZA: 25 yaralı var – VİDEO

Moskvanın mərkəzində ağır QƏZA: 25 yaralı var – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

End of content

No more pages to load

RADİO