Rusiyanın Moskva şəhərində ağır qəza baş verib.
Bizim.Media xəbər verir ki, Moskvanın mərkəzində avtobus "Qazel" markalı mikroavtobusla toqquşaraq reklam lövhəsinə çırpılıb.
Moskva Nəqliyyat Departamentinin məlumatına görə, "Qazel" markalı yük avtomobilinin sürücüsü hərəkət qaydalarını pozaraq, qəfil avtobusun hərəkət etdiyi zolağa keçib.
Toqquşmanın qarşısını almağa çalışan avtobus sürücüsü nəqliyyat vasitəsini səkiyə çıxarıb.
Nijeqorodskaya küçəsində baş verən qəzada 25 nəfər xəsarət alıb.

Bizim.Media