Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti

Azərbaycanda əlillik şəxsin sağlamlıq vəziyyəti və bu vəziyyətin onun gündəlik həyat fəaliyyətinə, əmək qabiliyyətinə təsiri əsasında müəyyənləşir. Ölkədə bu proses qanunvericiliklə tənzimlənir və əlilliyin qiymətləndirilməsi müəyyən edilmiş meyarlar əsasında aparılır. Bildiyimiz kimi, Nazirlər Kabinetinin təsdiq etdiyi Qərarda orqanizmin funksiyasının pozulmasına səbəb olan xəstəliklərin və Xəstəliklərin Beynəlxalq Təsnifatı (XBT) yer alıb. Lakin bəzi nadir xəstəliklər var ki, həmin siyahıda adları  yoxdur. Onlardan biri də anadangəlmə methemoqlobinemiya (XBT – D74) xəstəliyidir.

Bununla bağlı Bizim.Media-ya övladı sözügedən nadir xəstəlikdən əziyyət çəkən valideyn müraciət edib.

O bildirib ki, oğlu, 2017-ci il təvəllüdlü Şirinli Elgün bu xəstəlikdən əziyyət çəkir və əlilliyin qiymətləndirilməsi üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət ediblər.

Əvvəlcə anadangəlmə methemoqlobinemiyanın nə olduğuna aydınlıq gətirək:

Methemoqlobinemiya qanda hemoglobinin oksigen daşıma qabiliyyətinin pozulması ilə xarakterizə olunan nadir xəstəlikdir. Bu, qanda oksigen səviyyəsinin aşağı olması, dəri və dodaqlarda göyərmə, yorğunluq və digər simptomlarla müşahidə edilə bilər. Bəzi hallarda xəstəlik həyat boyu davam edir və insanın gündəlik fəaliyyətinə ciddi təsir göstərə bilir.
 

Yəni göründüyü kimi, xəstəlik dünyada az sayda mövcud olan, xüsusi müalicəsi olmayıb, insanla daim yol gedərək onun iş qabiliyyətinə, gündəlik fəaliyyətinə, hərəkət imkanlarına mənfi təsir edən xəstəlik kimi qiymətləndirilir. Bütün bunlar nəzərə alınaraq əlillik müəyyən edilə bilər.


Həyat fəaliyyətinə təsir edən nadir xəstəlik əlilliyin müəyyən edilməsi meyarlarında əksini tapmayıb

Valideynin bildirdiyinə görə, prosesə uyğun qaydada müayinələrdən keçmələrinə baxmayaraq əlilliyin qiymətləndirilməsi üçün lazım olan tibbi sənədin (Forma 88) tərtibi mümkün olmayıb. Çünki həmin göndəriş sənədində əlilliyin təyin edilməsi meyarlarında göstərilən xəstəliklərin beynəlxalq təsnifat (XBT) kodunu qeyd etmək lazımdır. Forma 88 elektron formada yazıldığı üçün, həmçinin, nadir xəstəliyin adı Qərarda keçmədiyi üçün xəstəlik şəxsin gündəlik həyat fəaliyyətinə zərər vursa belə şəxsə göndəriş sənədi verilə bilmir. Prosesə uyğun olaraq da Forma 88 olmadığı üçün əlillik də qiymətləndirilə bilmir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bizim.Media-ya bildirilib ki, hazırkı vəziyyət onlarla bağlı deyil:

“Forma 88 rəsmiləşdirilib göndərildikdən sonra əvvəlcə elektron formada qiymətləndirilmə aparılır, qiymətləndirimədən narazı qaldıqda isə əyani müayinəyə də dəvət oluna bilər”.

Forma 88-in yazılmaması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

Qurumdan Bizim.Media-ya bildirilib ki, Xəstəliklərin Beynəlxalq Təsnifatının D74 və onun alt qrupu olan D74.0 kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” siyahısında yer almaması səbəbindən vətəndaşa dair göndərişin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.
 

Qeyd edilib ki, əlillik meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib olunur və Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən təsdiq edilir.


Göründüyü kimi, TƏBİB də yaraya məlhəm ola bilməyib.

Ortaya çıxan mənzərə olduqca acınacaqlıdır. Bir tərəf “Forma 88 yoxdur” deyir, digər tərəf isə “siyahıda xəstəlik yoxdur” arqumentini gətirir. Nəticə etibarilə zərər çəkən 9 yaşlı uşaqdır.

Kağız üzərində gedən bu bürokratik “top atma”nın nəticəsində naümid buraxılan 9 yaşlı uşaq sistemin boşluqları arasında qalıb.

Həkimlər onun nadir xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyir. Xəstəlik onun həyat keyfiyyətinə və sağlamlığına təsir edir. Lakin siyahıda kod olmadığı üçün dövlət qurumları faktiki olaraq onu görməzdən gəlir. Aidiyyəti qurumlar problemi həll etmək əvəzinə məsuliyyəti bir-birinin üzərinə atmaqla kifayətlənirlər.

Bu isə ciddi suallar doğurur:

Nadir xəstəliklər siyahıya niyə daxil edilmir?

Axı əlillik meyarlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərtib edir və Nazirlər kabinetinə təqdim edir. Nazirlər Kabineti isə təsdiq edir.

Dövlət qurumları niyə problemin həlli üçün təşəbbüs göstərmək əvəzinə prosedur arxasında gizlənirlər?

Ölümlə pəncələşən bir uşağın taleyi kağız üzərində ilişib qalıb...

Bu vəziyyət isə nə tibbi məntiqə, nə də sosial ədalət prinsiplərinə sığır.

Çünki burada söhbət sadəcə bir sənəddən yox, bir uşağın həyatından və gələcəyindən gedir.

Belə çıxır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB üçün üçün xəstəliyin mövcudluğu yox, onun siyahıda olub-olmaması daha vacibdir!

Əgər qanun və qərarlar real həyatda insanlara kömək etmək üçündürsə, o zaman bu qurumlar nadir xəstəlikdən əziyyət çəkən uşaqları niyə görməzdən gəlir?










Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

End of content

No more pages to load

RADİO