"İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə ŞOK FAKTLAR

Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Çıxış üçün söz vəkillərə verilsə də, onlar hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər. Növbəti məhkəmə iclası martın 31-dək təxirə salınıb.

İstintaqla müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəllərində "TikTok" sosial şəbəkəsində Elşən İbrahimovla "Elnur" adlı şəxs arasında yaranmış mübahisə ilə əlaqədar onu görüşə çağırıblar.
 

Onlar Elşən İbrahimovun yaşadığı Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evinin qarşısına gələrək onu mübahisənin həlli məqsədilə yaxınlıqdakı çay evlərindən birinə dəvət ediblər.


Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə mindikdən sonra arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirib və ona fiziki əzab verib. Bildirilir ki, o, Elşən İbrahimovu təhqir edərək "it kimi tutmuşam" və buna bənzər ifadələr səsləndirib.

Bu zaman "Elnur" adlı şəxs mobil telefonu vasitəsilə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq Elşən İbrahimovun zorakılığa məruz qalmasını nümayiş etdirib.

Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 2024-cü il iyunun 24-də saat 15:55-də qeyd olunan ünvanda saxlanılaraq idarənin inzibati binasına gətiriliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin hazırlanması, daşınması və saxlanılması) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO