Azərbaycanda bu şəxslərin maaşı artırılır

Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur.

Bizim.Media xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın məbləğinin yüksəldilməsi məqsədəuyğun hesab edilir.

Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan dövləti hər zaman hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır:

"20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin edilirlər. İpoteka güzəştlərində birinci yerdə hərbçilərdir, şəhid ailələridir, müharibə əlilləridir.

Şəhid ailələrinə və müharibə əlillərinə də mənzillər verilir, müharibə əlillərinə avtomobillər verilir, onlara Prezident təqaüdü verilir. Hərbçilərin, eyni zamanda, uzun müddət yığılıb qalan məzuniyyət pulları verildi və hesab edirəm ki, ərzaq təminatı pullarıdır ki, 2013-cü ildən bəri qalır, o, da veriləcəkdir.

Dövlətimiz həm hərbçilərin təminatları - sağlamlığından, tibbi təminatdan tutmuş, maddi-mənəvi təminata qədər, hamısı yüksək səviyyədə asudə vaxtın təşkil edilməsi ilə bağlı addımlar atılır. Və bu addımlar daha da müasir dövrün tələblərinə uyğun artırılacaqdır. Biz Ali Baş Komandanın tapşırığı ilə Türkiyə modelinə keçmişik. 

Qanunvericilik bazası, hüquqi baza ona uyğunlaşır.

Hər il hərbçilərin pensiya təminatı bilirsiniz ki, əvvəl belə idi ki, pensiyada olan hərbçilər hərbi maaş artdıqca artırdı, sonra cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq, məsələn, bu il 10,3% artdı. Hər il 10%-ə yaxın bu məbləğ artım edəndə hərbçilər artıq bu məsələni yüksək razılıqla qarşılayırlar. Bu proses davam edir, müxtəlif istiqamətlərdə bu proseslər aparılır.

Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə sistemli, ardıcıl olaraq işlər görüləcək. Aidiyyəti qurumlarda bu müzakirələr gedir və biz yaxın zamanlarda bu istiqamətdə xeyli addımların atıldığının da şahidi olacağıq". (Oxu24.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO