Maşınların “dərdi”ni bilən USTA XANIMLAR - Azərbaycanda qadınlardan ibarət təmir servis xidməti yaradılır? – VİDEO

Azərbaycanda indiyədək əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdə son illər qadınlar daha fəal rol almağa başlayıb. Qadınların maraq göstərdiyi sahələrdən biri də nəqliyyat sektorudur.
 

Bu gün ölkədə qaldırıcı kran idarə edən, pilot kimi uçuş həyata keçirən, yaxud maşinist qadınlar var. Amma nəqliyyat sektorunun təmir sahəsində hələ ki, iki qadın öz peşəkar fəaliyyəti ilə adından söz etdirib. Onlardan biri, Nüşabə Şərifova sürətlər qutusu təmirçisi kimi öz kişi həmkarlarından geri qalmır.


Yeri gəlmişkən, dünyada avtomobil təmiri sahəsində “çəhrayı əlcəkli ustalar” kimi tanınan servislər mövcuddur. Belə servislərdə ustalar qadın cinsinin rəmzi rəngi sayılan çəhrayı rəngdən istifadə edirlər. Burada ancaq qadınlar çalışır. Xüsusən də mühafizəkar ölkələrdə qadın sürücülər yalnız bu adda olan servislərə müraciət edirlər.

Nüşabə usta Bizim.Media-ya açıqlamasında deyir ki, yerli servislər qadın mütəxəssisləri cəlb etməklə bu sahəyə maraq arta və getdikcə genişlənə bilər. Amma bəzi səbəblərdən qadınlar təkcə özləri deyil, həm də qarşı tərəfin müdaxilələrinə görə belə ağır sənətdən uzaq dururlar:

“Bu sahəni həm də ona görə seçmirlər ki, kobud desək, çirkli işdir. Fiziki əmək tələb edir. Amma ən əsası ətraf qınaqdan çəkinirlər. Yəni cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaya bilər. Çünki mən özüm bu qınaqlarla cox qarşılaşmışam. Lakin hec bir maneəyə fikir vermədən hədəfə doğru irəliləmişəm. Burda bir nuans da var ki, gərək sahiblənmək istədiyin sənətə təkcə gəlir mənbəyi kimi yox, həm də sevgi ilə baxasan. Mən də maşınları çox sevirəm və onların dərdini anlamağa çalışıram”.

Nüşabə usta dünyada artıq mövcud olan “çəhrayı əlcəkli ustalar” servis xidməti haqqında düşündüyünü bildirib:

“Belə bir servisimin olmasını istəmişəm. Yəni qadın işçiləri, öyrənmək istəyən şagirdləri cəlb etmək fikrim olub.  Hətta bu məqsədlə gəlib müraciət edənlər də olub. Amma sona qədər dayanan, davam edən olmayıb. Bunun çox səbəbləri var. Amma düşünürəm ki, əsas səbəb deyil, nəticədir”.

Qeyd edək ki, “çəhrayı əlcəkli ustalar” servis xidmətləri təkcə kommersiya məqsədli deyil, həm də sosial layihə olaraq həyata keçirilir.






Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Bill Qeyts Ceffri Epşteynin onu şantaj etmək üçün istifadə etdiyi iki rusiyalı qadının adını açıqladı

Bill Qeyts Ceffri Epşteynin onu şantaj etmək üçün istifadə etdiyi iki rusiyalı qadının adını açıqladı

Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu –Foto

Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu –Foto

"Bayraktar TB2" Qara dənizdə Rusiyanın kamikadze dəniz dronunu məhv etdi – VİDEO

"Bayraktar TB2" Qara dənizdə Rusiyanın kamikadze dəniz dronunu məhv etdi – VİDEO

“Kristal”ın “Biləcəri” və “Park Xırdalan” layihələrində sərfəli mənzil satışları davam edir!

“Kristal”ın “Biləcəri” və “Park Xırdalan” layihələrində sərfəli mənzil satışları davam edir!

Turizm şirkətləri qatar biletlərini necə əldə edir? – ARAŞDIRMA

Turizm şirkətləri qatar biletlərini necə əldə edir? – ARAŞDIRMA

200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

200-ə yaxın qiymətləndirici AQP reyestrinə daxil edilib

9 ildir aliment ödəməyən kişi- 9 aylıq həbs edildi

9 ildir aliment ödəməyən kişi- 9 aylıq həbs edildi

Elektron Qiymətləndirmə Portalı istifadəyə verildi

Elektron Qiymətləndirmə Portalı istifadəyə verildi

ADNSU-da “Məzun Günü” - Minlərlə gənc tələbəliklə vidalaşdı – VİDEO

ADNSU-da “Məzun Günü” - Minlərlə gənc tələbəliklə vidalaşdı – VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Yeni nəsil uşaqlar üçün ideal TƏRBİYƏ METODU açıqlandı

Valideynlərin NƏZƏRİNƏ! Yeni nəsil uşaqlar üçün ideal TƏRBİYƏ METODU açıqlandı

Nəhəng hörümçəklər Avropa ölkəsini “işğal etdi” - FOTO

Nəhəng hörümçəklər Avropa ölkəsini “işğal etdi” - FOTO

Ankarada İŞİD terrorçusu məhv edildi: NATO sammiti öncəsi xüsusi əməliyyat

Ankarada İŞİD terrorçusu məhv edildi: NATO sammiti öncəsi xüsusi əməliyyat

Ağdərədə kişi bıçaqlandı

Ağdərədə kişi bıçaqlandı

Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI – FOTO

Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI – FOTO

Lavrov: Rusiya hazırkı cəbhə xəttində dayanmaq niyyətində deyil – VİDEO

Lavrov: Rusiya hazırkı cəbhə xəttində dayanmaq niyyətində deyil – VİDEO

Putin ordunu belarusluların hesabına doldurmağın yolunu tapdı – FOTO

Putin ordunu belarusluların hesabına doldurmağın yolunu tapdı – FOTO

Numan Kurtulmuş İlham Əliyevin QƏBULUNDA – FOTO

Numan Kurtulmuş İlham Əliyevin QƏBULUNDA – FOTO

“Qarabağ” bosniyalı qapıçıya görə nə qədər ödəyib?

“Qarabağ” bosniyalı qapıçıya görə nə qədər ödəyib?

GƏRGİNLİK BÖYÜYÜR: Ukraynalı qaçqınların Polşadan geri qaytarılması tələb olundu - FOTO

GƏRGİNLİK BÖYÜYÜR: Ukraynalı qaçqınların Polşadan geri qaytarılması tələb olundu - FOTO

Bakıda zibillikdən “Chevrolet Cobalt” TAPILDI

Bakıda zibillikdən “Chevrolet Cobalt” TAPILDI

ABŞ hərbçiləri "Ukrayna cəbhəsi"ndə TƏLİM KEÇƏCƏK

ABŞ hərbçiləri "Ukrayna cəbhəsi"ndə TƏLİM KEÇƏCƏK

Qafqazda ilk “Apple Shop” “Kontakt”da açılır – Həsən İsrafilzadə ilə müsahibə

Qafqazda ilk “Apple Shop” “Kontakt”da açılır – Həsən İsrafilzadə ilə müsahibə

Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə DƏYİŞİKLİKLƏR OLACAQ

Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə DƏYİŞİKLİKLƏR OLACAQ

End of content

No more pages to load

RADİO