Qafqazda ilk “Apple Shop” “Kontakt”da açılır – Həsən İsrafilzadə ilə müsahibə

Azərbaycanın texnologiya bazarında növbəti regional yenilik baş verir.  Dünyanın nəhəng texnologiya şirkətlərindən biri olan “Apple”ın bu konsepti Qafqazda ilk dəfə məhz “Kontakt”da təqdim etməsi bazarda mühüm hadisədir. “Apple Shop” konseptini fərqləndirən məqamları öyrənmək üçün “Kontakt” mağazalar şəbəkəsinin Baş direktoru Həsən İsrafilzadə ilə həmsöhbət olduq.

— Həsən bəy, “Kontakt” bu dəfə regional miqyaslı bir ilkə imza atır. Bir rəhbər olaraq bu hadisəni necə qiymətləndirirsiniz?

— Bəli, həm ölkəmiz, həm də komandamız adına çox qürurverici və nüfuzlu bir hadisədir. Dünyanın texnologiya nəhəngi “Apple” brendinin Qafqaz regionunda ilk rəsmi “Apple Shop” konsepti məhz “Kontakt”da açılır. Bu cür qərarlar bir günün içində verilmir. Son illərdə müştərilərimizin “Apple” məhsullarına marağının davamlı şəkildə artdığını və onların daha fərqli, qlobal təcrübə axtarışında olduğunu müşahidə edirik.

Bu ehtiyacı görərək dünya standartlarına uyğun bu konsepti ölkəmizə gətirdik. Brendin bu layihə üçün “Kontakt”ı seçməsi isə şirkət olaraq illər ərzində formalaşdırdığımız xidmət standartları beynəlxalq səviyyədə də qarşılıq tapdığını göstərir. Ona görə də, bunu Qafqaz regionunun texnologiya bazarında mühüm mərhələ kimi qiymətləndiririk.

—  Maraqlıdır, bu konsept adi “Apple” satış nöqtələrindən nə ilə fərqlənir?

— İstər brendlə yaxından tanış olanlar, istərsə də ilk dəfə tanış olanlar üçün bu məkan tamamilə fərqli təcrübə təqdim edir. Bu zonanın məqsədi sadəcə  məhsul nümayişindən daha çox beynəlxalq standartlara uyğun premium təqdimat və təcrübə yaratmaqdır.
 

Burada məhsullar ayrı-ayrı cihazlar kimi deyil, vahid bir ekosistemdə təqdim edilir. Müştərilər eyni brendin müxtəlif cihazlarının bir-biri ilə necə inteqrasiya olunduğunu real mühitdə sınaqdan keçirə biləcəklər.


Bu yanaşma müştərilərin seçim zamanı yaranan bir çox suallarına yerindəcə cavab tapmasına imkan yaradır. Müştərilər bura daxil olduqda rəsmi zəmanətin gətirdiyi rahatlıqdan brendin fəlsəfəsinə qədər hər detalı vahid bir məkanda yaşayacaqlar.

— Müştəriləri bu məkanda cihazların özündən başqa daha hansı eksklüziv üstünlüklər gözləyir?

— Bura gələn hər bir ziyarətçi, sözün bütün mənalarında, rəsmi “Apple” dünyasına addım atmış olur. Çünki mağazada fəaliyyət göstərəcək personal birbaşa brend tərəfindən qlobal səviyyədə təlim keçmiş ekspertlərdir. İstəyimiz odur ki, müştərimiz rəsmi zəmanət və orijinallıq təminatı ilə bərabər, həm də qüsursuz, fərdiləşdirilmiş və premium bir xidmət alsın. Çünki “Kontakt” və “Apple” adlarının yan-yana durması məhz bu mükəmməlliyi tələb edir.

— “Kontakt” bu gün Qafqazda ilk rəsmi “Apple Shop”a ev sahibliyi edir. Sizcə, şirkəti bu nöqtəyə gətirən əsas amillər hansılardır?

— Fəaliyyətimizin ilk günündən məqsədimiz texnologiyanı insanlara daha əlçatan etmək, onlara düzgün seçim etməyə kömək göstərmək və uzunmüddətli etibar yaratmaq olub. Bu illər ərzində mağaza şəbəkəmizi genişləndirdik, xidmət keyfiyyətimizi davamlı şəkildə artırdıq, komandamızın inkişafına investisiya etdik və müştəri məmnuniyyətini hər zaman əsas prioritet kimi qəbul etdik. Bu gün “Apple” kimi qlobal bir brendin regionda ilk belə konsepti məhz “Kontakt”a etibar etməsi də həmin yolun uğurlu nəticəsidir. Biz bunu əldə olunmuş son nöqtə deyil, gələcək inkişafımız üçün yeni başlanğıc kimi görürük.
 

Qeyd edək ki, Qafqazda ilk rəsmi “Apple Shop”un açılışı iyunun 26-sı, saat 13:00-da “Kontakt”ın “İnşaatçılar” mağazasında baş tutacaq. Açılış proqramı çərçivəsində musiqili qonaq qismində populyar müğənni Nigar Camal çıxış edəcək, “Apple” ekosisteminə həsr olunmuş vörkşop təşkil ediləcək. Tədbir iştirakçıları arasından bir nəfər isə 500 AZN dəyərində hədiyyə kartı qazanacaq.


Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

End of content

No more pages to load

RADİO