Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna ilə danışıqlara hazır olduğunu növbəti dəfə bəyan etsə də, Moskva üçün mövcud şərtlərin fərqli olduğunu vurğulayıb.
Bizim.Media xəbər verir ki, Lavrov Rusiyanın müharibəni hazırkı cəbhə xəttində dayandırmaq niyyətində olmadığını açıq şəkildə bildirib.
XİN rəhbəri qeyd edib ki, rəsmi Moskva danışıqlar prosesində özünün aldadılmasına və ona qarşı "fırıldaqçılıq edilməsinə" imkan verməyəcək.
Rusiya xalqının xarakterinə toxunan nazir rusiyalıları "sadəlövh və sadə qəlbli insanlar" adlandırıb, lakin bunun ölkənin təhlükəsizlik maraqlarının qurban verilməsi mənasına gəlmədiyini bildirib.
Bizim.Media